“Mars” şokolad və konfetlərin qiymətini qaldırıb — Səbəb

16:43 - 5.02.2026


5 fevral, Fineko/abc.az. İri ərzaq istehsalçısı “Mars” pərakəndə satış şəbəkələrinə konfet məhsullarının bir hissəsinin qiymətini iki mərhələdə artıracağını bildirib.

ABC.AZ xəbər verir ki, fevralın 2-dən böyük batonlar (Snickers, Bounty, Twix, Milky Way və Mars) 4,5%, orta ölçülü batonlar 5,5%, kiçik batonlar 9% bahalaşıb. M&M’s drajesi isə 5,5–8% artıb.

Martın 23-dən isə şirkət qutulu konfetlərin qiymətlərini yenidən nəzərdən keçirəcək: “Dove” məhsullarının bir hissəsi 4,5%, “A. Korkunov” isə 6,5–8,5% bahalaşacaq.

Mars qiymət artımını “xərclərin və maya dəyərinin artmasının yığılım effekti” ilə izah edir.
Bundan əvvəl bu addımı “Mondelez” və “Nestlé” də atmışdı. 2025-ci ildə Rusiyada şokoladın orta qiyməti 22,2% artıb, şokolad bloklarına tələbat isə 15,6% azalıb.
Şokolad qiymətləri artıq iki ildir ki, qlobal kakao bazarındakı dalğalanmalar səbəbindən yüksəlir.