16:26 - 3.02.2026
3 fevral, Fineko/abc.az. Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Regional" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ xəbər verir ki, bu barədə BFB-dən bildirilib. Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 55 investor 1 milyon manatlıq 55 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026