16:04 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. Türkiyənin “MKB Group” şirkəti Dağıstanda kənd təsərrüfatı texnikasının, ilk növbədə traktorların yığım istehsalını təşkil etmək imkanını nəzərdən keçirir. İstehsal həcminin ayda 70 ədədə qədər olması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, layihə Mahaçqalada müzakirə olunub və razılaşmalar uğurla yekunlaşarsa, ilin sonunadək həyata keçirilməsinə başlanıla bilər. Təşəbbüsə “Dagdizel” və “Konsersn KEMZ” şirkətləri də qoşula bilər. Türkiyəli tərəfdaşlar Dağıstanda yüksək aqrar potensial gördüklərini və layihənin digər regionlar üçün nümunə olacağına ümid etdiklərini bildiriblər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026