Dünya mis bazarı tarixi dönüşə yaxındır

17:09 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Mis bazarı tələb və təklif arasındakı disbalans, Çinin dəyişən rolu və Donald Trampın ticarət siyasəti ətrafındakı qeyri-müəyyənlik səbəbindən ciddi sarsıntılar yaşayır.

ABC.AZ xəbər verir ki, Şanxayda keçirilən Asia Copper Week konfransında deyilib ki, hasilat şirkətləri əridici zavodlara güclü təzyiq göstərir və filizin emalı üçün rekord dərəcədə aşağı komissiya tələb edirlər.

Trederlər təmizlənmiş misin ABŞ-a geniş miqyaslı axınını gözləyirlər. Proqnozlara görə, 2026-cı ilin əvvəlinə ABŞ qlobal mis ehtiyatlarının 90%-ə qədərini toplana bilər ki, bu da digər bazarlarda qıtlıq yaradacaq. Təchizatçılar artıq mükafatları artırır, analitiklər isə yaxın aylarda metal çatışmazlığı riski barədə xəbərdarlıq edirlər.

Bəzi mütəxəssislər hesab edirlər ki, yeni yataqların açılması və misin başqa materiallarla əvəz olunması zamanla bazardakı gərginliyi azalda bilər.