16:14 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. Rusiyanın telekommunikasiya operatorları xarici SIM-kartlar üçün təsdiqləmə mexanizmi işə salıblar.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat verib.
Rusiyaya daxil olarkən bu kartlarda mobil internet və SMS-lərə avtomatik olaraq 24 saatlıq məhdudiyyət tətbiq olunur.
Xarici SIM-kartın Rusiya operatorunun şəbəkəsində qeydiyyatı zamanı istifadəçiyə təsdiqləmə linki olan SMS göndərilir, link vasitəsilə captcha yoxlamasından keçərək avtorizasiya həyata keçirilir. Nazirlik izah edib ki, uğurlu avtorizasiyadan sonra internet bir neçə dəqiqə ərzində işləməyə başlayacaq.
Daha əvvəl Rusiya Federasiyasına yenidən gələn abunəçilərin SIM-kartlarında “soyuq dövr”ü aradan qaldırmaq üçün oxşar mexanizm işə salınmışdı.
27 İyul 2026
25 İyul 2026