14:29 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. İndiyə qədər Azərbaycanda 53 min dövlət müəssisəsi və obyekti özəlləşdirilib.
ABC.AZ xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirib.
Məlumata görə, özəlləşdirilən müəssisələrdən 1 565-i orta və iri müəssisələr kateqoriyasına aiddir. Həmin müəssisələrin bazasında ASC-lər yaradılıb.
Özəlləşdirmə prosesi dövlət sektorunun strukturlaşdırılması və iqtisadi fəaliyyətin daha səmərəli modellərə keçirilməsi məqsədlərinə xidmət edir. ©Report
14 Avqust 2026
14 Avqust 2026