14:01 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. Azərbaycanın regionlarında yerləşən sənaye zonalarında həyata keçirilən layihələrə əlavə 1 milyard 129 milyon manat investisiyanın qoyulması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Milli Məclisin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, Biznesin İnkişafı Fondunun xətti vasitəsilə bu ilin 10 ayında 290 milyon manat kredit vəsaiti ayrılıb: "Bu vəsaitin 66 %-i, yəni təximən 193 milyon manatı Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla ölkənin digər hissəsinə yönəldilib. Burada söhbət 5 800 regional layihədən gedir. Yəni regionlarda biz 5 000-dən artıq layihəyə vəsait yönəltmişik. Həmin layihələrin ümumi dəyəri 655 milyon manatdır. Bu sahibkarların 89 %-i mikro, kiçik və orta sahibkarlardır".
Nazir müavini vurğulayıb ki, Bakı və Abşeron iqtisadi rayonlarında yerləşən Sumqayıt Sənaye Parkı və Balaxanı Sənaye Zonası istisna olmaqla regionlardakı sənayə zonalarına 80 milyon manat investisiya qoyuluşu həyata keçirilib. ©Report
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026