16:45 - 18.10.2018
18 oktyabr, Fineko/abc.az. Azərbaycanın “Bank BTB” bankı üç rübün fəaliyyəti üzrə yekunları açıqladı.
Bankın məlumatında deyilir ki, aktivlərinin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 21,44% artaraq 302,776 milyon manat təşkil edib.
“Hesabat dövründə bankın xalis kredit portfeli 36,4% artaraq 169,299 milyon manat olub,
depozit portfeli 69,2% artaraq 88,304 milyon manat, bankın cəmi öhdəliklərinin həcmi 246,188 milyon manat təşkil edib”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, bankın nizamnamə kapitalı bir il ərzində 28% artaraq 66,450 milyon manata, məcmu kapitalı isə 6% artaraq 56,291 milyon manata bərabər olub.
Hesabat dövrünün sonuna bankın gəlirləri 18,490 milyon manat, xərcləri isə 17,400 milyon manat təşkil edib. “Bank BTB” bu ilin III rübünə 2 milyon 182 min manat xalis mənfəətlə yekun vurub.
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026