Su Meliorasiya Xidməti 8 milyonluq texnika alır

16:27 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə qəza bərpa nəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 7 859 800 AZN təşkil edir.