Mikayıl Cabbarov onunla nəyi müzakirə edib?

11:14 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

ABC.AZ xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"TDT-nin qlobal müstəvidə möhkəmlənən mövqeyi, ölkəmizlə əməkdaşlıq və üzv ölkələr arasında müasir texnologiya-ların tətbiqi, innovativ həllər, nəqliyyat, logistika, tranzit kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsi barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.