16:00 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Yaxın Şərq regionu ölkələrində investisiyaları 1,4 % təşkil edib.
ABC.AZ Fonda istinadən xəbər verir ki, 2024-cü ilin oktyabrın əvvəlinə müvafiq olaraq bu rəqəm 0,3 % təşkil edib ki, bu da 1,1 % bəndi artım deməkdir.
Avropa ölkələrinin payı 30,1 % olub. Bu rəqəmlər 2024-cü ilin oktyabrın əvvəlinə müvafiq olaraq 29,1 % təşkil edib ki, bu da 1 % azalma deməkdir.
Asiya regionu ölkələrinin payı 8,5 % olub ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 2,3 faiz bəndi azdır.
Digər regionlardan Şimali Amerikanın payı 33,1 %-dən 24,8 %-ə enib, Avstraliya və Yeni Zelandiyanın payı dəyişməz olaraq 0,7 %-dən 1 %-ə qalxıb. Latın Amerika regionunun payı isə dəyişməyərək 0,1 % səviyyəsində qalıb.
Afrika regionuna yatırılan investisiyaların payı 0,1 %-dən 0,02 %-ə düşüb.
ARDNF-in investisiyalarında beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,1 %-dən 4,8 faiz bəndi azalaraq 2,3 %-dək enib.
Qeyd edək ki, bu ilin oktyabrın 1-nə ARDNF-nin investisiya portfelinin dəyəri 70 milyard 160,3 milyon ABŞ dolları təşkil edib.Bu, 2024-cü ilin oktyabrın 1-i ilə müqayisədə 8 milyard 969,5 milyon ABŞ dolları və ya 14,7 % çoxdur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026