15:20 - 15.10.2025
15 oktyabr, Fineko/abc.az. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır: "Hər mərkəz özünəməxsus xarakterə, infrastruktura və iqtisadi funksiyaya malik olacaq".
Sədr vurğulayıb ki, 2018-ci ildən Azərbaycan şəhərlərin Baş planlarının hazırlanması və mütəmadi yenilənməsi yolu ilə məkan inkişafına kompleks və uzunmüddətli yanaşma tətbiq edib: "Bu planların əksəriyyəti artıq tamamlanıb və yaxud icra mərhələsindədir, beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanaraq qlobal standartlara uyğunlaşdırılıb".
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026