10:26 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. 10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AFB BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15.10.2025-ci il tarixində başlayıb, 24.10.2025-ci il tarixində bitəcəkdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, AZ2001008591 İSİN kodlu istiqrazların yerləşdirilməsi 27 oktyabr 2025-ci il tarixində həyata keçiriləcək.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı "AFB BANK" ASC
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə Yazılışı
İstiqrazların sayı: 50,000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi:5,000,000 manat
İllik gəlirlilik faizi: 13%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayının başa çatmasından 3 gün gec olmayaraq ödəniləcəkdir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: 27.10.2025
Anderrayter: “Assist Finance İnvestisiya Şirkəti” ASC
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026