Azərbaycan və Küveyt ticarət və investisiya əməkdaşlığını müzakirə edib

12:17 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. “Küveyt Dövlətinə işgüzar səfərimiz çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr apardıq”.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsində yazıb.

“İqtisadi əlaqələrin gündəliyinin genişləndirilməsinin, enerji, sənaye zonaları və birgə istehsal üzrə əməkdaşlığın əhəmiyyətini qeyd etdik”, — deyə o əlavə edib.