"Yuxarı Baş" qoruğunda tikinti və yenidənqurma işləri aparılacaq

10:37 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işləri aparmağa hazırlaşır.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, qurum Qala divarları daxilində abadlıq işləri aparmaq üçün "İsmayıllı Tikinti-27" ASC ilə müqavilə bağlayıb.

Şirkət gördüyü işlərə görə 206 min manata yaxın haqq alacaq.