Süni intellekt strategiyasının tətbiqi ilə yaxşı nəticələr ortaya qoyulacaq - Fariz Cəfərov

15:14 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az. Azərbaycan və Türkiyə süni intellekt sahəsində digər ölkələrdən üstün nəticələr qazanmalıdır.

ABC.AZ xəbər verir ki, bunu IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni qəbul olunmuş "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın tətbiqi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsində yaxşı nəticələr ortaya qoyulacaq: "Bu mənada Türkiyə ilə əməkdaşlıq edəcəyik. Türkiyə ilə Azərbaycan elə nəticələr göstərməlidirlər ki, "banchmark" məhz bizim ölkələr olsun. Elə nəticələr qazanmalıyıq ki, Harvard, Stanford və digərlərinin deyil, özümüzün nəticələrinə baxmalıyıq".

Müəllif: Elmir Murad