11:13 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Azərbaycanda biznes mühitinin inkişafı üçün qanunvericilikdə dəyişikliklər mütləqdir.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda biznes mühitinin və fəaliyyət göstərən sahələrin inkişafı üçün qanunvericilikdə dəyişikliklər vacibdir:
"Ekosistemdəki yeniliklərin təşviqi önəmlidir. O cümlədən, iştirakçıların bu istiqamətdə təklif və fikirlərini təqdim etməsi vacibdir. Bu, həm bizim hansı istiqamətdə irəlilədiyimizi daha nizamlı və hesabatlı şəkildə göstərməyə, həm də innovasiya ekosistemində əməkdaşlığı gücləndirməyə imkan verəcək".
Müəllif: Elmir Murad
14 Avqust 2026