11:28 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. ABŞ-nin səhm fondları bir həftə ərzində müştərilərin vəsaitlərinin axını səbəbindən 19 milyard dollar itirib.
ABC.AZ xəbər verir ki, bu barədə “Bank of America”nın hesabatında təqdim edilən “Emerging Portfolio Fund Research” (EPFR) məlumatlarında deyilir.
Sözügedən hesabatda portfel menecerləri qeyd edirlər ki, belə bir hal investorların ABŞ fond bazarının son aylardakı artımından sonra mənfəəti fiksasiya etmək istəyi ilə bağlı ola bilər, xüsusən də ölkədə zəif əmək bazarı göstəriciləri fonunda.
Ən çox kapital axını avqustun əvvəlində (27.7 milyard dollar) və martın sonunda (20.2 milyard dollar) qeydə alınıb. İlin əvvəlindən qlobal investorlar ABŞ fondlarına 153 milyard dollar yatırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə bir yarım dəfə azdır.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026