Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3 faiz artıb

16:41 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3 % artaraq 831 min olub.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 8 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 6,4 % artaraq 56,2 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,9 % artaraq 228,2 minə çatıb.