Gürcüstanda inflyasiya 4,6%-ə yüksələrək iki ilin maksimumuna çatıb

16:31 - 3.09.2025


3 sentyabr, Fineko/abc.az. Avqust ayında illik inflyasiya 4,6%, aylıq isə 0,3% təşkil edib.

ABC.AZ xəbər verir ki, ən çox limon (+99%), gavalı (+82%) və şaftalı (+62%), ümumiyyətlə qidalar və alkoqolsuz içkilər (10%) bahalaşıb. Səhiyyə sahəsində artım 9,3% təşkil edib.

Nəqliyyat (-2,4%) və bəzi tərəvəzlərin (pomidor -33%, xiyar -31%, badımcan -16%) qiyməti azalıb.