15:51 - 20.08.2025
20 avqust, Fineko/abc.az. 2025-ci ilin yeddi ayında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 4,4 milyon manat sərf olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,3 milyon manat və ya 2,1 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin ilk yeddi ayında ölkədə əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar
əməliyyatlara 2,1 milyon manat sərf olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9,9 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15% artıb.
Ümumi sərmayənin təqribən 5 milyard manatı və ya 50,9%-i məhsul istehsalı sahələrinin, 3,3 milyard manatı (33,7%-i) xidmət sahələrinin, 1,5 milyard manatı (15,4%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,2%-i dövlət, 47,8%-i qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 76,7%-ni təşkil edib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026