Yeddi ayda apteklər 870.8  mln. manat gəlir əldə ediblər    

17:36 - 13.08.2025


13 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 870.8 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə  18.4%  çox olub.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 Qeyd olunur ki, bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.