13:31 - 26.09.2018
26 sentyabr, Fineko/abc.az. Azərbaycan Nazirlər Kabinetinin 412 saylı qərarı ilə 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcə təsdiqlənib.
Həmçinin Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin təqdim etdiyi Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz layihəsini təsdiqlənib.
Qərara əsasən, bu sənədlər “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq, Azərbaycan Prezidentinə təqdim ediləcək.
30 İyul 2026