15:43 - 14.07.2025
14 iyul, Fineko/abc.az. “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Musyafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.
ABC.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkən kimi tanınan Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi qismində Tural Nəsibov iştirak edib.
İlqar Mustafayevin vəkilləri vəsatət verərək onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdiriliməsini xahiş ediblər. Onlar bildiriblər ki, bu vəsatətə baxılarkən təqsirləndirilənin səhhətindəki problemlər nəzərə alınmalıdır.
Vəkillər, həmçinin İlqar Mustafayevin onların yanında oturmasını məhkəmədən xahiş ediblər.
Fuad Babayevin vəkili vəsatət verərək onun adına olan əmlakın, yoldaşınının adına olan 20 milyon manat dəyərindəki torpağın və "Kia sport" markalı avtomobilin sənədlərinin sübutlar siyahısından çıxarılmasını xahiş edib. Bildirilib ki, həmin əmlaklar bu olaylardan öncə alınıb.
Rəşad Bədəlovun vəkili isə cinayət işindəki bəzi maddələrə xitam verilməsini xahiş edib.
Daha sonra İlqar Mustafayev məhkəmədən işə ədalətli baxmağə xahiş edib.
İlqar Mustafayevin vəkilinin yanında əyləşməsi barədə vəsatət istisna olmaqla, digərləri təmin olunmayıb.
Məhkəmənin baxış iclası iyulun 28-nə təyin edilib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026