Naxçıvanda torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib

12:23 - 4.07.2025


4 iyul, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi 10 yerli bələdiyyəyə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirib.

ABC.AZ xəbər verir ki, rəqabətli keçən hərracda qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib, onlardamn 13-ü hərracın qalibi olub.

Növbəti belə hərrac iyulun 22-də təşkil olunacaq.

Ətraflı məlumatı http://emlak.nakhchivan.az/ və http://auksion.nmr.az saytlarından əldə etmək olar. (Report)