14:44 - 30.06.2025
30 iyun Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışı nəşr edilib.
ABC.AZ xəbər verir ki, İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabata əsasən, qlobal qeyri-müəyyənlik fonunda Türk dövlətləri güclü iqtisadi artım, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib.
Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası – birgə ÜDM həcmini 593.8 milyard ABŞ dollarına çatdıraraq qlobal iqtisadiyyatın 2.1%-ni təşkil edib.
Orta hesabla 5.04% iqtisadi artım qeydə alan Türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2.3%-lik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13.1%, Özbəkistan 6.8%, ŞKTR 6.4%, Türkmənistan 6.3%, Qazaxıstan 5.6% artım nümayiş etdirib, Türkiyə və Azərbaycan isə müvafiq olaraq 2.0% və 0.3% səviyyəsində mülayim artım əldə edib. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0.2%) müşahidə olunub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026