09:57 - 24.06.2025
24 iyun, Fineko/abc.az. Son zamanlarda maliyyə sistemində müşahidə etdiyimiz ən mühüm transformasiyalardan biri Fintexlərin artan roludur.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bugünkü dinamik rəqəmsal dünyada istifadəçilər sürətli, təhlükəsiz və fərdiləşdirilmiş maliyyə xidmətləri gözləyirlər:
"Fintex isə bu gözləntini reallığa çevirən əsas hərəkətverici qüvvədir. Mərkəzi Bank olaraq müvafiq sektorların siyasət və nəzarət konsepsiyalarını yaratmaq və həyata keçirməklə yanaşı, rəqəmsal maliyyə həllərinin təşviqi, innovativ texnologiyaların tətbiqi və inklüziv fintex ekosisteminin qurulmasını öz strateji prioritetlərimizdən biri kimi müəyyən etmişik".
Müəllif: Elmir Murad
18 Avqust 2026
17 Avqust 2026