Yanvar-may aylarında büdcənin profisiti 3 milyard 446,2 milyon manat olub

15:28 - 17.06.2025


17 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası dövlət büdcəsinin profisiti 2025-ci ilin yanvar-may aylarında 3 milyard 446,2 milyon manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, öncəki ayda dövlət büdcəsinin profisiti 3 milyard 3 milyon manat idi.

Məlumata görə, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 7.1 faiz artımla 17 milyard 138 milyon manat olub. Dövlət büdcəsinin xərcləri, 13 milyard 691,8 milyon manat olmaqla illik 1.6 faiz artıb.