Bakıda fəaliyyətlərini dayandırmış məşhur avtosalonlar - Siyahı

16:49 - 29.05.2025


29 may, Fineko/abc.az.  Azərbaycanda son illərdə bir sıra avtosalonlar müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.

ABC.AZ-ın araşdırmasına əsasən, bu bağlanmaların əsas səbəbləri arasında iqtisadi çətinliklər, satışların azalması və bazardakı dəyişikliklər göstərilir.

Bağlanmış avtosalonlardan biri məşhur "Auto Azerbaijan"dır. Bu şirkətin Xətai rayonu, Babək prospektində yerləşən satış salonu 2016-cı ildə bağlanıb. Bu barədə mətbuata Şirkətdən bildiriblər.

Bağlanmış salonlardan biri "KIA Motors"dur. Şirkət rəsmisinin bildirdiyinə görə, satışların azalması səbəbindən bəzi satış mərkəzlərini bağlamaq məcburiyyətində qalıblar. Belə ki, avtomobillərin qiymətlərinin artması və kredit şərtlərinin çətinləşməsi satışların 50-55% azalmasına səbəb olub.

Qeyd edək ki, ümumilikdə adıçəkilən salonların bağlanmasına konkret 2015-ci ildə manatın devalvasiyası və avtokreditlərin məhdudlaşdırılması da səbəb olub.

Müəllif: Elmir Murad