11:07 - 15.05.2025
15 may, Fineko/abc.az. Azərbaycanın müstəqillik dövründə mənzil tikintisi sosial-iqtisadi dəyişikliklərin əsas göstəricilərindən biri olub. 1990-cı illərdəki durğunluqdan sonra neft gəlirləri və dövlət siyasətləri sayəsində sektor canlansa da, son illərdə artım tempi zəifləyib.
Mənzil sadəcə bir dam deyil, ailənin gələcəyidir, rifahın simvoludur. Müstəqillik illərində Azərbaycanda mənzil tikintisinin keçdiyi yol ölkənin sosial-iqtisadi həyatında baş verən dərin dəyişikliklərin bariz göstəricilərindən biridir. Bu dövrdə müşahidə olunan tendensiyalar yalnız daş və betondan ibarət binaların çoxalması ilə məhdudlaşmır, burada vətəndaşların həyat tərzinin izlərini görmək mümkündür.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün ciddi sınaq dövrü idi. İqtisadi tənəzzül, müharibə, və sosial böhran fonunda mənzil tikintisi demək olar ki, dayandı.
ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 1990-cı ildə hər 1000 nəfərə düşən mənzil sayı 4,9 idisə, 10 il sonra bu göstərici kəskin şəkildə azalaraq cəmi 0,5-ə enib. Yaşayış sahəsinin miqyası da dramatik şəkildə azalıbı – 404 kvadrat metrdən 53 kvadrat metrə qədər.
2000-ci illərin əvvəllərində isə mənzil sektorunda bərpa prosesləri başlandı. Xüsusilə neft gəlirlərinin artması ilə yeni tikinti dalğası yarandı. Hökumətin mənzil tikintisini prioritet sahələrdən biri elan etməsi, tikinti sektoruna yönəlik investisiya axınını artırdı. 2008-ci ilə qədər sektorda müntəzəm artım müşahidə olundu. Həmin il hər 1000 nəfərə düşən mənzil sayı 2-yə, yaşayış sahəsi isə 229 kvadrat metrə yüksəldi.
27 İyul 2026
27 İyul 2026