16:55 - 5.05.2025
5 may, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda dəniz nəqliyyatından yük daşımalarından əldə olunan gəlir 4% azalıb və 239 milyon manata enib.
ABC.AZ xəbər verir ki, xarici əlaqəli daşımalar üzrə gəlir 95,7%-ə, yəni 238,3 milyon manata düşüb. Bu dövrdə ilk dəfə olaraq kabotaj əlaqə üzrə 758 min manat gəlir əldə olunub.
Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, 2024-cü ildə 8,6 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azalma deməkdir. Bununla belə, yük dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb — 6,97 milyard ton-km, bu isə 72% artıma bərabərdir.
28,4 min sərnişin daşınıb ki, bu da ötən ilin göstəricisindən 19,8% çoxdur. Sərnişin dövriyyəsi isə 117,1% artaraq 13 milyon sərnişin-km olub. Lakin sərnişin daşımalarından əldə olunan gəlir kəskin şəkildə – 72,3% azalaraq 1,08 milyon manata düşüb. Bu azalma əsasən beynəlxalq sərnişindaşımanın məhdudlaşması ilə bağlıdır.
Tranzit yüklərində 6%, ixrac yüklərində isə 32,4% azalma baş verib. Əvəzində idxal yükləri 15,1%, xarici limanlararası daşımalar isə 12,1% artıb. İlk dəfə olaraq kabotaj əlaqə üzrə də 57,3 min ton yük daşınıb.
2024-cü ilin ilk rübündə ölkənin dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 14 milyon tonu ötüb ki, bu da 5,1% artım deməkdir. Ən çox artım idxal yüklərində (18,6%) və tranzit yüklərində (2,4%) qeydə alınıb. Kabotaj yüklərinin həcmi isə 54,1 min ton təşkil edib.
Limanlarda qalan yüklərin həcmi 41% artaraq 653 min tona çatıb. Burada ixrac yüklərinin qalığı iki dəfə artaraq 64 min tona, tranzit yüklərin qalığı isə 589 min tona yüksəlib.
Azərbaycana məxsus gəmilərlə idxal yüklərinin həcmi 5,3% artımla 1 767,2 ton, , xarici gəmilərlə isə 32,9% artımla 284,3 ton yük daşınıb.
Limanlarda işlənmiş gəmilərin sayı da artaraq 4 828-ə çatıb ki, bu da 18,6% artım deməkdir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026