11:50 - 29.04.2025
29 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır.
ABC.AZ “Report”-a istinadən xəbər verir ki, Fondun proqnozuna əsasən, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2030-cu illərdə isə 4 % təşkil edəcək.
Bundan başqa, 2026-2030-cu illər ərzində illik inflyasiyanın hər il 4 % səviyyəsində olacağı gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 5,1 % təşkil edəcək, 2026-cı ildə isə 4,3 %-ə qədər azalacaq. Azərbaycan Mərkəzi Bankı cari ilin aprelində 2025-ci il üçün inflyasiyanı 5,3 %, 2026-cı ildə isə 4,3 % səviyyəsində proqnozlaşdırıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın 2025-ci ildə 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini gözləyir. Dünya Bankı ölkədə orta illik inflyasiyanı hər iki il üçün 2,3 % səviyyəsində qiymətləndirir. Asiya İnkişaf Bankı isə Azərbaycanda orta illik inflyasiyanı 2025-ci ildə 4,2 %, 2026-cı ildə isə 3,5 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody's” Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanı 4 %, növbəti ildə isə 3 % səviyyəsində proqnozlaşdırır.
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanı 2025-ci ildə 5,2 %, 2026-cı ildə isə 5,1 % səviyyəsində proqnozlaşdırır.
Xatırladaq ki, Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2 %, cari ilin yanvar-mart aylarında isə 5,6 % təşkil edib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026