16:24 - 28.04.2025
28 aprel, Fineko/abc.az. Cənubi Koreyanın mobil rabitə operatoru SK Telecom-un səhmləri istifadəçilərin SIM kartları barədə məlumatların sızması ilə bağlı narahatlıqların artması fonunda ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, Koreya Birjasının məlumatına görə, SK Telecom-un səhmləri əvvəlki ticarət günü ilə müqayisədə 6,75% ucuzlaşaraq 53 900 von (təxminən 37,32 ABŞ dolları) səviyyəsində bağlanıb.
22 aprel tarixində Cənubi Koreyanın ən böyük mobil rabitə operatoru 18 aprel tarixində baş vermiş zərərli proqram hücumundan sonra məlumat sızmasını təsdiqləyib.
Bununla yanaşı, SK Telecom-un rəqibləri olan LG Uplus və KT şirkətlərinin səhmləri müvafiq olaraq 3,75% və 1,79% artıb. 26 aprel tarixində isə təxminən 1 600 SK Telecom abunəçisi operatoru dəyişib ki, bu da gözləniləndən təxminən səkkiz dəfə çoxdur.
Mənbənin bildirdiyinə görə, informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şirkətlərin və SIM kart istehsalçılarının səhmləri isə 30% artıb.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026