16:54 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu ümumi daxili məhsulun (ÜDM) 28 %-ni təşkil edəcək.
ABC.AZ xəbər verir ki, BVF-nin məlumatına əsasən, bu göstəricinin ortamüddətli perspektivdə sabit səviyyədə qalacağı gözlənilir.
Proqnozlara görə, 2026-cı ildə dövlət və dövlət zəmanətli borcun ÜDM-dəki payı 28,9 %, 2027-ci ildə 29 %, 2028-ci ildə 29,1 %, 2029-cu ildə isə 29,3 % olacaq.
Yalnız dövlət borcu (zəmanətlər istisna olmaqla) nəzərə alındıqda isə bu göstəricinin sabit qalacağı bildirilir. Belə ki, 2025-ci ildə dövlət borcunun ÜDM-dəki payı 21,4 %, 2026-cı ildə 22,4 %, 2027-ci ildə 22,7 %, 2028-ci ildə 23,1 %, 2029-cu ildə isə 23,5 % təşkil edəcək.
BVF-nin məlumatına əsasən, 2024-cü ildə ümumi dövlət və dövlət zəmanətli borcun həcmi ÜDM-in 27,6 %-nə bərabər olub.
Rəsmi statistikaya görə, bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 27,43 milyard manat təşkil edib. Bunun 8,77 milyard manatı ($5,129 milyard) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,9 %-i qədərdir. Daxili borcun həcmi isə 18,7 milyard manat və ya ÜDM-in 14,8 %-ni təşkil edir.
Xarici borcun ödəniş müddətlərinə görə strukturuna baxdıqda, 49%-nin növbəti 5 il ərzində, 44,9%-nin 5 ildən 10 ilə qədər, 6,1 %-nin isə 10 ildən artıq müddətdə ödənilməsi planlaşdırılır.
Kreditorlar üzrə bölgüyə əsasən, xarici borcun 63,3%-i çoxtərəfli maliyyə institutlarının, 27%-i beynəlxalq bazarlarda yerləşdirilmiş avroistiqrazların, 9,7%-i isə ikitərəfli maliyyə institutlarının payına düşür. Azərbaycanın ən böyük xarici kreditoru Asiya İnkişaf Bankıdır (35,1 %). Onu avroistiqraz sahibləri (27 %) və Dünya Bankı (15,8 %) izləyir.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026