15:57 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ÜDM-in 7,8%-i həcmində profisitli olacağını proqnozlaşdırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilib. Başqa sözlə, digər proqnozlar nəzərə alınmaqla IMF 2025-ci il üzrə ölkədə CƏB-in profisiti ilə bağlı gözləntilərini 6,1 mlrd. dollar həcmində müəyyən edib.
Bununla belə, IMF növbəti illərdə CƏB-in profisitinin azalacağını, 2028-2029-cu illərdə isə cari əməliyyatlar balansında kəsir yaranacağını proqnozlaşdırıb.
Fond hesab edir ki, 2026-cı ildə Azərbaycanda CƏB-in profisiti 4,9%-ə, 2027-ci ildə isə 1,3%-ə enəcək. IMF 2028-ci ildə CƏB-in kəsirinin 1,7%, 2029-cu ildə isə 2,5%-ə kimi artacağını proqnozlaşdırıb.
Qeyd edək ki, 2024-cü il üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 4,7 mlrd. dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə isə CƏB-in profisitini 5,5 mlrd. dollar həcmində proqnozlaşdırıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026