Tramp vergiləri azaltmağa və "tarixin ən iri iqtisadiyyatını" yaratmağa söz verib

10:52 - 5.03.2025


5 mart, Fineko/abc.az. Tramp, Amerikanın "qızıl çağı" vəd edərək, ölkənin gələcəyinin "həqiqətən tarixi" olacağını deyib.

ABC.AZ xəbər verir ki, o, Zelenskidən Ukraynadakı sülh danışıqları masasına ən qısa müddətdə oturmağa hazır olması barədə məktub aldığını da söyləyib.

Bundan əlavə, ABŞ prezidenti: 1) Panama kanalını geri qaytarmaq üçün hər şeyi etməyi; 2) vergiləri azaltmağı və "tarixin ən böyük iqtisadiyyatı"nı yaratmağı; 3) ABŞ vətəndaşlığını almaq istəyən investorlar üçün 5 milyon dollar dəyərində yeni "qızıl kart" layihəsini; 4) Amerika bayrağının Marsda qaldırılması da daxil olmaqla kosmosda yeni üfüqləri fəth etməyi vəd edib.