Ləğv edilən korparasiya hesabat açıqladı

15:33 - 3.03.2025


3 mart, Fineko/abc.az. Dövlət başçısı tərəfindən ləğv edilən “Azərbaycan Sənaye Korporasiyası” ASC 2023-cü il üzrə hesabatı açıqlanıb.

ABC.AZ xəbər verir ki, ASC 2023-cü il xalis zərərlə başa vurub.

Belə ki, dövlət qurumu illik 2023-cü ili 8 milyon 948 min manat xalis zərərlə başa vurub. Halbuki, bu 2022-ci ildə 46 milyon 202 min manat xalis mənfəət əldə etmişdi.

Şirkətin gəlirləri ötən il 326,1 milyon manat olub. Gəlirlər son bir ildə 108,1 milyon manat və ya 25% azalıb.

Bundan başqa satışın maya dəyəri 312,2 milyon manat, ümumi və inzibati xərcləri 21,1 milyon manat , satış və paylanma xərcləri 6,5  milyon manat, köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 261 min manat  debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 604 min manat , maliyyə xərcləri 933 min manat, digər gəlirləri 3 milyon 332 min manat,  mənfəət vergisi ödəmələri isə 1 milyon 956 min manat  təşkil edib.

Əvvəlki illə müqayisə də satışın maya dəyəri 28,1 milyon manat və ya  8,3 % azalıb , ümumi və inzibati xərcləri 0,4 milyon manat 1,9% artıb, satış və paylanma xərcləri 7,2 milyon manat və ya 2,1 dəfə, köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 1,4 milyon manat (6,6 dəfə) , maliyyə xərcləri 169 min manat və ya 15,3%, digər gəlirləri isə 884 min manat (36%) artıb.