15:56 - 24.02.2025
24 fevral, Fineko/abc.az. Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 74,98 milyard ABŞ dolları (127,466 milyard manat) təşkil edəcək və gələn il 77,86 milyard ABŞ dollarına (132,362 milyard manat) qədər artacaq.
ABC.AZ xəbər verir ki, "S&P Global" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-2026-cı illərdə ölkədə ÜDM-in real artımı 2 % səviyyəsində proqnozlaşdırılır.
Agentlik hesab edir ki, əhalinin hər nəfərinə düşən ÜDM 2025-ci ildə 7 min 277 ABŞ dollarına çatacaq, 2026-cı ildə isə 7 min 511 ABŞ dollarına yüksələcək.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026