Sumqayıt Kimya Sənaye Parkının rezidenti bölünür

17:10 - 21.02.2025


21 fevral, Fineko/abc.az. “Azairtechservice” MMC tərkibindən yeni “Defense Systems Service” MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

ABC.AZ xəbər verir ki, “Azairtechservice” MMC-nin ayrılma formasında yenidən təşkil edilməsi ilə əlaqədar Cəmiyyətin nizamnamə kapitalı 402 000 manatdan 362 000 manata azaldılır.

Xatırladaq ki, “Azairtechservice” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.