15:13 - 14.02.2025
14 fevral, Fineko/abc.az. Ötən il Azərbaycanda rəsmiləşdirilmiş “Yaşıl Kart”lar üzrə 314 sığorta hadisəsi qeydə alınıb və 1 milyon 226 min 847 manat sığorta ödənişi həyata keçirilib.
ABC.AZ xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu, Baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən maliyyə forumunda deyib.
O bildirib ki, 2024-cü ildə ümumi “Yaşıl Kart” sığortası üzrə 468 sığorta hadisəsi baş verib və 2 milyon 507 min 244 manat sığorta ödənişi həyata keçirilib.
“Ümumi “Yaşıl Kart” üzrə 50 min 207 müqavilə rəsmiləşdirilib və 7 milyon 215 min 431 manat sığorta haqqı toplanıb. Xaricdə rəsmiləşdirilmiş “Yaşıl Kart”lar üzrə 154 sığorta hadisəsi baş verib və 1 milyon 280 min 397 manat sığorta ödənişi həyata keçirilib. Bu “Yaşıl Kart”lar üzrə 10 min 169 müqavilə rəsmiləşdirilib və 4 milyon 707 min 858 manat sığorta haqqı toplanıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026