12:27 - 13.02.2025
13 fevral, Fineko/abc.az Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5.5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.
ABC.AZ xəbər verir ki, sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 31,9 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026