Neft-qaz sektorunun ÜDM-də payı xeyli azalıb

11:10 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Aparılan islahatlar və “ağarma” tədbirlərinin nəticəsi olaraq 2018-illə müqayisədə neft hasilatının azalması fonunda (38.8 milyon tondan 29.1 tona ) qeyri-neft sektorunun artması hesabına ÜDM-də artım tempi davam edib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

O bildirib ki, 2018-ci illə müqayisədə 2024-cü ildə neft-qaz sektorunun ÜDM-də payı 40.2%-dən 30.6%-ə enib. (APA)