14:52 - 31.01.2025
31 yanvar, Fineko/abc.az. 2024-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib. Belə ödəyicilərin məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildirişin, mobil əlaqə nömrələrinə 561,8 min sayda qısa mesajların göndərilməsi, eləcə də 208,6 min sayda telefon zənginin edilməsi təmin olunub.
DVX-dən ABC.AZ-a verilən məlumata görə, vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7.008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar qəbul edilib.
Məlumata görə, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 82-ci maddəsinin müddəalarına əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib, 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026