14:56 - 13.01.2025
13 yanvar, Fineko/abc.az. Niderlandın “ING Group”u bu il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2026-cı ildə isə 4,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda bildirilir.
Şirkətin bundan əvvəlki gözləntilərinə nisbətən bu il üçün açıqlanan yeni proqnoz 0,3 faiz bəndi artıb. 2026-cı il üçün inflyasiya proqnozu isə ötən ilin dekabrındakı gözləntilərlə eynidir.
Proqnoza əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5 %, ikinci rübdə 5,3 %, üçüncü rübdə 3,5 %, dördüncü rübdə isə 3,7 % nəzərdə tutulub.
“ING Group” Azərbaycanda 2026-cı ilin son rübündə orta illik inflyasiyanın 5,4 % olacağını proqnozlaşdırır. (Report)
18 Avqust 2026