15:17 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşıyıb.
ABC.AZ xəbər verir ki, 2023-cü illə müqayisədə tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yüklərinin həcmi isə 10% artaraq 5,2 milyon ton olub.
İl ərzində əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə 3,2 milyon tondan çox yük daşınıb. Tranzit rejimdə daşınmış yüklər əsasən neft və neft məhsulları olub.
Onların həcmi 2,8 milyon tonu keçib və 2023-cü ilin göstəricisni 11% üstələyib.
Əsas yüklərdən olan metal filizləri və metal sənayesi məhsullarında 8%, ağac, sellüloz, kağız məhsullarında isə 26% artım qeydə alınıb. Neft və neft məhsulları idxal rejimdə də ən böyük paya sahib olaraq 2023-cü illə müqayisədə 89%, kimya sənayesi məhsulları 12%, daş kömür və digər yanacaq məhsulları 52% artım göstərib.
4 Avqust 2026
4 Avqust 2026