Valyuta hərracında bankların tələbi azalıb

12:38 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ Mərkəzi Bankın məlumatına görə, yanvarın 9-da keçirilən valyuta hərracında bankların tələbi 72,6 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 0,9 milyon dollar (1,22%) azdır. Yanvarın 7-də valyuta hərracında AMB banklara 73,5 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.