Azərbaycan banklarının əməliyat mənfəəti 1 milyard manatı keçib

14:36 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. 2024 ilin dekabr ayının 1-nə Azərbaycan banklarının əməliyat mənfəəti 1 milyard 535,8 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu illik müqayisə ilə 14,6 milyon manat (1%), aylıq müqayisə ilə 113,4 milyon manat (8%) çoxdur.

2024 ilin noyabr ayının birinə bankların xalis mənfəəti 1 milyard 422,4 milyon manat, 2023 ilin dekabrın 1-nə isə 1 milyard 521,2  milyon manat təşkil edib.