12:34 - 28.12.2024
28 dekabr, Fineko/abc.az. Milli Depozit Mərkəzinin informasiya sistemləri və ehtiyatları "Hökumət buludu"na köçürülüb.
ABC.AZ xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev "E-vote" sistemi ilə bağlı brifinqdə deyib.
"Kritik informasiya infrastrukturunun fövqəladə hallar zamanı bərpasının təmin olunması məqsədilə Yevlax Ehtiyat Mərkəzində zəruri texniki işlər tamamlanıb. Görülmüş tədbirlər həssas məlumatların təhlükəsizliyini və dayanıqlılığın artırılması istiqamətində mühüm irəliləyişdir", - deyə A.Xudaverdiyev bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026