Qlobal kömür tələbatı 2024-cü ildə tarixi maksimuma qədər artacaq

15:33 - 18.12.2024


18 dekabr, Fineko/abc.az. Qlobal kömür tələbatı 2024-cü ildə 1% artaraq tarixi maksimuma —  8,77 milyard tona çatacaq.

ABC.AZ xəbər verir ki, bunu IEA proqnozlaşdırır. Kömür istehlakı 2021-ci ildə 7,7% artdı, COVID şokundan sonra bərpa olundu, 2022-ci ildə 4,7%, 2023—cü ildə isə 2,4% artdı.

Elektrik enerji sektoru kömür tələbatının artmasının əsas drayverinə çevrildi, 2024-cü ildə isə kömür istehsalı ilə elektrik enerjisi istehsalı tarixi maksimum 10,700 TVt-saata çatmalıdır.

Təşkilatın məlumatına görə, kömür qiymətləri bu gün 2017-2019-cu illər arasında müşahidə olunan orta səviyyədən 50% yüksək olaraq qalır. Kömür hasilatı 2024-cü ildə tarixi zirvəyə çatdı.