11:10 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 306 456 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,55 % azdır.
10 aylıq göstəricinin 51 502-si (16,8 %) ilkin, 254 954-ü isə (83,2 %) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 51 582-si fərdi yaşayış və bağ evi, 70 691-i mənzil, 173 315-i torpaq sahəsi, 2 855-i qeyri-yaşayış binası, 7 277-si qeyri-yaşayış sahəsi, 688-i əmlak kompleksi, 48-i isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 81 250-si Bakının, qalanı isə bölgələrin payına düşüb.
Hesabat dövründə 231 384 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,85 % azdır.
Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 7,6 % azalaraq 62 671 olub.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026